1 Mart 2015 13:38
1 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış meyxanaçı Kərim savadlı qızların savadsız, ali təhsilli qızlara nisbətdə daha çox boşandığını düşünür.

ANS TV-nin "Bazar səhəri" verilişinin qonağı olan meyxanaçı özünəməxsus fikirlər səsləndirib.

O, yalnız ev tərbiyəsi almış kənd qızlarının ailə baş verən problemlərə dözümlülüyü böyüyə və həyat yoldaşına hörmətlə əlaqələndirib.

Ali təhsilli xanımların çoxunun yemək bişirməyi bacarmadığını deyən Kərim bəy nümunə kimi öz xalası qızlarını da misal çəkdi: "Mənim xalam qızları gəlin köçəndə qutularla kitab cehiz aparmışdı. Yaşca məndən böyükdülər, indi özləri yaşlı-başlı xanımlardı. Oxumuş qızlar idi, fikirləri-zikrləri oxumaq idi, amma ərə gedəndə adi yemək belə bişirə bilmirdilər. Yaxşı ki, qaynanaları başa düşən xanımlar idi, onları yola verməyi bacardı. Vallah, qaynanaları pis olsaydı, ailələri dağılardı bəlkə də"./anspress/


Müəllif:

Oxşar xəbərlər