Türkiyənin "Post Production" şirkəti tərəfindən ekranlaşdırılan "Tərk edilmiş" dram filminin yeni treyleri yayımlanıb.
Teleqraf.com xəbər verir ki, gənc rejissor Korhan Uğurun çəkdiyi film Suriya münaqişəsində qaçqın düşərək, Türkiyəyə sığınan və səfalətdən qurtulmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir.
Ekran əsərində baş rollarda azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayev, eləcə də tanınmış türk aktyorları Hakan Vanlı, Levent Ülgen, Hakkı Ergök, Sema Şimşek, Mahmut Gökgöz, Neriman Uğur, Burak Sarımola da iştirak ediblər.
Qeyd edək ki, "Tərk edilmiş" filminin İstanbulda premyerası martın 27-də, Bakıda isə aprelin 2-də olacaq.
Teleqraf.com filmin yeni treylerini təqdim edir :
Rüstəm