24 Mart 2015 19:03
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cazibədar model Miranda Kerri ilə iki il əvvəl ayrıldığı əri aktyor Orlando Blumun yenidən görüşməyə başladıqları iddia olunur.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Oskar” ziyafətindən birlikdə ayrılan cütlüyün daha əvvəl də görüşdükləri üzə çıxıb.

Cütlüyün yaxınlarının mətbuata ötürdüyü məlumatlara görə, onlar boş vaxt tapan kimi bir araya gəlirlər.
Tanınmışlar belə görüşlərin oğulları Flinnə yaxşı təsir etdiyini bəhanə gətirsələr də, cütlüyün aralarındakı yaxınlıq gözdən qaçmayıb.

Qeyd edək ki, Blumla Kerr 2013-cü ildə ayrılıblar.


Müəllif: