Türkiyənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Türk kinosunun 100-cü ildönümündə ən yaxşı “10”lar” mərasimi maraqlı anlarla yadda qalıb.
Teleqraf.com Axşam.az-a istinadən xəbər verir ki, gecədə mükafat alanlar arasında Nəbahət Çehrə, Metin Akpınar, Hülya Avşar, Cem Yılmaz, Ata Dəmirər və başqaları olub.
Mərasimə qonaq qismində isə Bərgüzar Korel, Sinəm Kobal, Melisa Sözen, Serenay Sarıkaya, Fərəh Zeynəb Abdullah, Nəsrin Cavadzadə, Melisa Sözen kimi tanınmışlar qatılıb.
Bərgüzar Korellə Serenay Sarıkaya sürpriz olaraq mahnı da səsləndiriblər. Hülya Avşarla Cem Yılmazın rəqsi isə böyük maraqla qarşılanıb.