Stiven Spilberq ssenarist Ernest Klaynın "İlk oyunçu, hazır olun" romanını ekranlaşdırır.
Teleqraf.com xəbər verir ki, elmi-fantastik romanda hadisələr 2044-cü ildə cərəyan edir. Bu dövrdə dünya iqtisadiyyatı eniş vəziyyətindədir, internet və oyun mədəniyyəti isə öz zirvəsinə çatıb. Bu zaman OAZİS adlı onlayn-oyun populyarlaşır. Bu oyunun yaradıcısı ölümdən öncə üç tapmaca buraxıb. Bu tapmacaları açan insan müəllifin çoxmilyonluq sərvətini əldə edəcək.
Spilberq "İlk oyunçu, hazır olun" filminin çəkilişlərinə Cennifer Lourensin baş rolda çəkildiyi hərbi fotoqraf barədə filmi bitirdikdən sonra başlayacaq.
Rüstəm