31 Mart 2015 13:33
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Günay İbrahimli özünə yeni mənzil alıb.

Teleqraf.com xəbər verir ki, ifaçı bu haqda ATV telekanalında yayımlanan “Qonaq gəl bizə” verilişində açıqlama verib. O, təzə mənzilinə hələ də köçə bilməyib.

“İndi valideynlərimlə birgə yaşayıram. Yeni aldığım mənzildə təmir işləri gedir. Evi kreditlə almışam”.

“Dəlisiyəm gecənin” və “Sənə bağlanıram” kliplərində açıq-saçıq geyimlərdən istifadə edən gənc müğənni bir daha belə geyimlərlə klip çəkdirməyəcəyini də əlavə edib.

“Əvvəl çəkdirdiyim kliplərdə açıq-saçıq libaslar geyinmişəm. Bundan sonra belə hallara yol verməyəcəyəm. Dostlarım irad tutur ki, axı sən elə deyilsən. Özünü olmadığın kimi göstərmə”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər