Türkiyənin “TV8” kanalında yayımlanan “İşte benim stilim” dəb müsabiqəsinin qalibi bəlli olub.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, münsif kreslosunda İvana Sert, Nur Yerlitaş, Kemal Doğulu, Uğurkan Erez və Öykü Serterin oturduğu dəb verilişinin finalında maraqlı anlar yaşanıb.
Dörd iştirakçının çıxdığı final mərhələsində tamaşaçıların səs verməsi nəticəsində "Türkiyənin ən tərzli qadını" Emel Özkızıltaş seçilib.
Xatırladaq ki, yarışmaya qatılan Emel Özkızıltaş atasının azərbaycanlı olduğunu bildirmişdi.
Teleqraf.com Emel Özkızıltaşın fotolarını təqdim edir:
Rüstəm