7 Aprel 2015 16:28
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Destiny's Child qrupunun keçmiş üzvləri Beyons, Kelli Roulend və Mişel Uillyams yubiley plastinkası və birgə turun təşkili üçün birləşməyə hazırlaşırlar.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, layihə barədə şayiələr Beyons, Kelli və Mişelin Stellar “Gospel Music Awards” musiqi mükafatı mərasimində kompozisiya ifa etməsindən sonra yaranıb.

Bununla belə, onlar Destiny's Child solistləri kimi deyil, öz adları ilə çıxış edəcəklər.

İnsayderlərin verdiyi məlumata görə, Destiny's Child-da paya sahib olan Beyonsun atası Mettyu Noulz brendin istifadəsinə görə qızı, Kelli Roulend və Mişel Uilyamsdan kompensasiya tələb edəcək.

Qeyd edək ki, Mettyuya qrupda 25%-lik haqqa sahibdir. Onun icazəsi olmadan qızlar albom yazdıra bilməz.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər