Amerikalı aktyor Cefri Lyuis 79 yaşında dünyasını dəyişib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, aktyor karyerası ərzində 200-dən çox filmə çəkilib. Tamaşaçılara onu “İkiqat zərbə”, “Мeverik”, “Yalnız güclü”, eləcə də “Tanqo və Keş” filmlərindəki rollarına görə tanıyır.
Aktyorun qızı Culyett Luis “Instagram” hesabında atasının fotosunu paylaşaraq yazıb:
“Mənim atam. Mənim qəhrəmanım, dostum, ürəyim. O, bizi çox istəyirdi. Mən həmişə atamın qızı olaraq qalacam”
Rüstəm