20 Aprel 2015 11:50
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orxan Babazadə efirlərdən uzaq qalacaq

Gənc müğənni Orxan Babazadə Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Teleqraf.com-a açıqlamasında gənc müğənni bununla ən böyük arzusunun gerçəkləşdiyini deyib: “Artıq təhsilimi başa vurdum və qarşıda məni Vətən qarşısında böyük və şərəfli sınaq gözləyir. Bu sınaqdan alnıaçıq və üzüağ çıxacağıma əminəm. Hər bir azərbaycanlı kimi mən də torpaqlarımızın keşiyində dayanmaqdan qürur hissi duyuram. Torpaq sevgisini həmişə uca tutmuşam və ən böyük arzum da bir əsgər kimi Vətənimin keşiyində dayanmaq olub. Bütün həmyaşıdlarıma səslənirəm ki, Vətən qarşısında olan borcu ödəməkdən gözəl duyğu yoxdur, özünüzü bu xoşbəxtlikdən məhrum etməyin”.

O. Babazadə N saylı hərbi hissədə əsgəri xidmətini yerinə yetirəcək. Hərbi xidmətdə olduğu bir il müddətində efirlərdə görünməsə də, televiziyalarda klipləri yayımlanacaq, radiolarda mahnıları səsləndiriləcək.

Qeyd edək ki, Orxan Kiyev Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. Gənc müğənni olmasına baxmayaraq müxtəlif festivallarda uğur qazanıb. O ATV-də yayımlanan “Kimdir nömrə” bir televiziya musiqi yarışmasının, eləcə də məşhur “Bakı payızı” festivalının qalibi olub.

Pərvin


Müəllif:

Oxşar xəbərlər