Müğənni Elnarə Xəlilova xeyriyyə aksiyası təşkil edib.
Teleqraf.com xəbər verir ki, ifaçı böyrək çatışmazlığından əziyyət çəkən Nicat Paşayevə yardım etmək üçün sənətçi dostlarını başına toplayıb.
18-19 aprel tarixində “Metro Park AVM”də reallaşan aksiyada əməkdar artistlər Lalə Məmmədova, Nüşabə Ələsgərli, eləcə də Eldəniz Məmmədov, Samirə Allahverdiyeva, Xuraman Şuşalı, Namiq Qaraçuxurlu, Xatirə İslam, Ayan Babakişiyeva, Elgün Hüseynov, Könül Şıxəliyeva, Zemfira İbrahimova, Samin Dəniz, Tofiq ismayılzadə, Ruslan Alışanov, “Dostlar” qrupu, rəqqasə fatimə, rəqqaslar İlham Kərimli, Etibar Məmmədov, Aysel Əliyeva çıxış edib.
Tədbirin aparıcıları Şəhriyar Əbilov və Seyran Babayev olub.
Xatırladaq ki, Nicatın əməliyyatı üçün 50 min manat vəsait lazımdır. Xeyriyyə tədbirindən yığılan vəsait Nicatın əməliyyatı üçün sərf ediləcək. Müğənni hər kəsi ailənin yeganə övladı olan 22 yaşlı Nicata kömək etməyə səsləyir.
Pərvin