26 Aprel 2015 22:36
2 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün teleaparıcı Xoşqədəm Hidayətqızının “Xoşqədəmlə axtarıram səni” verilişi ANS telekanalında yayımlanmağa başlayıb.

Teleqraf.com-un məlumatına görə, o, 1 aydır savaşdığını və bu müddət ərzində həyat yoldaşı Doğuşa yanında olduğu üçün təşəkkür edib və studiyaya çağırıb.

X.Hidayətqızı deyib: “1 ay verdiyim savaşda mənə dəstək olan, verdiyi sözü tutan bir insan yanımda idi. Hər kəs deyirdi ki, Xoşqədəm ailə qurdu, Türkiyəyə çıxıb gedəcək. Həqiqətən Doğuş tərəfindən dəfələrlə belə təklif olmuşdu. Amma o insan bir söz vermişdi: ən çətin və yaxşı günündə yanında olacağam. Bu bir aylıq savaşda mənim yanımda olduğu üçün Doğuşa təşəkkür edirəm. Biz hər şeyi sıfırdan başladıq. İstanbuldan mənim üçün gəldi. Mənə verdiyin dəyər üçün, məni anladığın üçün hər kəsin qarşısında sənə təşəkkür edirəm”.

Teleaparıcının həyat yoldaşı, tanınmış müğənni Doğuş yaşadıqları stressdən övladlarını itirdiklərini söyləyib: “Çox çətin bir mərhələ yaşadıq. Şəxsi bir məsələni sizinlə bölüşmək istəyirəm, həyat yoldaşım yenə üzüləcək, amma deyəcəyəm. Doğrudan da, stresli bir dönəm yaşadıq, övladımızı itirdik. Amma biz bizə ehtiyacı olan insanlara kömək etməyə davam edəcəyimizə söz verdik. Xoşqədəm xanım dedi ki, yadındadır, tamaşaçılara demişdin ki, onların dəstəkçisiyəm. Dedim ki, doğru deyirsən, hər nə olur olsun sənin arxandayam. Başqa kanal olsun, amma insanlara söz verdik, sözümüzün üstündə durmalıyıq. İnanın mənim həyat yoldaşım gördüyü iş, çəkilişlər kənardan asan görünə bilər, bəzən bir-birimizi görə bilmirik, amma hər gün sevgimiz daha da güclənir. Biz bir ananın övladı, bir qardaşın öz qardaşı ilə qovuması üçün övladımızı fəda etdik. Rəbbim bir daha nəsib etsin, inşallah. Dualarınızı əskik etməyin. ANS səninlə daha da rənglənəcək, gözəlləşəcək”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər