28 Aprel 2015 10:21
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur stilist, 61 yaşlı Tina Noulsla 67 yaşlı aktyor Riçard Lousonun ötən ay baş tutan toyundan rəsmi fotolar yayımlanıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Beyons Noulsun anası Tinanın toyu ABŞ-ın Kaliforniya ştatındakı Nyuport-Biç şəhərinin sahilində, superlüks yaxtada olub. Toyda Beyons, onun əri Cey-Zi və bacısı Solanj da iştirak ediblər. Nouls ailəsininin ənənəsinə sadiq qalaraq, bu nikah mərasimində də bütün qonaqlar bəyaz geyimdə olublar.

Qeyd edək ki, Tina Nouls 2011-ci ilədək Metyu Nolusla nikahda olub. Cütlüyün 2 qızı var. 63 yaşlı Metyu Nouls 2013-cü ildə Texas ştatındakı Hyuston şəhərində sabiq model Hena Mişel Eyveri ilə evlənib.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif: