5 May 2015 13:37
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Addım" Gənclər Təşkilatının Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzi, Norveç krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə hazırladığı "Yol təhlükəsizliyi" layihəsinin yekun tədbiri keçirilib.

Layihə "Biz sizə Brilliant verəcəyik" şüarı altında həyata keçirilirib və siması xalq artisti Brilliant Dadaşova olub. Səhnə və tədbir məkanı Brilliant xanımın layihə üçün hazırlanan posterləri ilə bəzədilib.

Layihə çərçivəsində "Yol təhlükəsizliyi"ilə bağlı kreativ geyimlər müsabiqəsinə qatılan 78 gənc modelyerdən dörd nəfəri - Zamiq Cəfərli, Rufanə Rufullazadə, Nərmin Hümbətova, Nurbəniz Mərdiyeva diplomlar və hədiyyələrlə təltif olundu. Layihənin ssenari müsabiqəsinin qalibi isə Fuad Rəsulzadə oldu. Tədbirdə "Addım"ın rəhbəri Hüseyn Cavadzadə çıxış edərək layihənin məqsədindən danışıb. O bildirib ki, məqsəd Azərbaycan gənclərini və ümumilikdə cəmiyyətimizi yol təhlükəsizlik qaydaları haqqında məlumatlandırmaq, yol qəzalarının ağır nəticələrini göz önünə gətirməklə daha çox insanların yol təhlükəsizliyi məsələlərinə həssas yanaşmasına nail olmaqdan ibarətdir.

Tədbir müddətində "Addım" təşkilatının könüllü komandası iştirakçılara, qonaqlara yol təhlükəsizliyinin simvolu olaraq "brilliant şəkilli" reflektorlar paylayıblar. Sonda Brilliant Dadaşova tədbir iştirakçılarına mini konsert verib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər