Təranə Qumral və Musa Musayev solo-konsertə hazırlaşır.
Bu barədə Publika.az-a danışan müğənni konsertin mayın 10-da baş tutacağını bildirib: “Qarşıda Musa ilə məni həyəcanlı gün gözləyir. Ulu öndərin doğum günü münasibəti ilə Naxçıvanda konsert verəcəyik.
Konsertdə vətənpərvərlik ruhunda olan “Azərbaycan” adlı yeni mahnımızı da ifa edəcəyik. Mahnı ulu öndərimizə ithaf olunub. Mahnının ekran versiyası da təqdim olunacaq. Qarşıda bizi ard-arda xoş günlər gözləyir-Gül bayramı, ulu öndərin doğum günü. Biz də musiqiçi olaraq öz töhfəmizi mahnılarla vermək fikrindəyik”.