13 May 2015 15:09
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Next” qrupunun eks solisti, gənc müğənni Seyran geniş tamaşaçı kütləsinə yeni klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, “My Plaything Lady” adlanan musiqiyə çəkilmiş klip solo fəaliyyətə başlayan müğənninin uzun fasilədən sonra ilk klipidir. Sözləri Tural Səlimov, musiqisi Hüseynə məxsus olan mahnıya çəkilən Rusiyanın məhşur internet kanalı “Klassnenkiy”də təqdim olunub və qısa müddət ərzində yüksək baxış sayı və xoş rəylər əldə edib. Klip rejissor Alvin Mahmudov tərəfindən ArtiSok Events tərəfindən hazırlanıb.

Qeyd edək ki, “Next” qrupu dağıldıqdan sonra həm solo fəaliyyət, həm də aparıcılıqla məşğul olan Seyran ölkəmizi Bolqarıstanda keçirilən “Discovery İnternational Music Festival” və Belorusiyada keçirilən “Zolotoy Şlyager” müsabiqəsində təmsil edib beynəlxalq mükafatlara layiq görülüb.


Teleqraf.com klipi təqdim edir:

Nərmin


Müəllif: