20 May 2015 17:57
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Eurovision- 2015"də Azərbaycanı təmsil edəcək Elnur Hüseynov Vyanaya matem sarğısı ilə gəlib.

Teleqraf.com-un məlumatına görə, o, ölkəmizi müsabiqədə “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək. Elnur jurnalistlərin suallarını da cavablandırıb:

“İnsanlarımız öldü. Ailələrə demək istəyirəm ki... Heç bilmirəm nə deyim. Allah rəhmət eləsin. Mən bu qara sarğını taxdım ki, bir-birimizə dəstək olaq. Həyatda belə ağrılı şeylər olur. Belə şeylər insanın ürəyini qırır. Allah yanğında ölənlərə rəhmət eləsin”.

Xatırladaq ki, Elnur Hüseynov sabah "Evrovision-2015" mahnı müsabiqəsinin ikinci yarımfinalında çıxış edəcək.

Rüstəm


Müəllif: