1 İyun 2015 18:27
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımovanın “MuzTV”yə müsahibəsində Azərbaycanı 2008 və 2015-ci illərdə “Eurovision” musiqi yarışmasında təmsil edən Elnur Hüseynovu tanımaması əhali arasında birmənalı qarşılanmayıb.

Çünki xalq artisti isə hər zaman çıxışlarında Azərbaycanı ilk dəfə “Eurovision” musiqi yarışmasında təmsil edən Elnur və Samir cütlüyünə xüsusi rəğbəti ilə seçilib. O, müxtəlif kanallara müsahibələrində cütlük haqda xoş sözlər deyib.


Məsələ ilə əlaqədar Publika.az xalq artisti Aygün Kazımova ilə əlaqə saxlayıb. O, müxbirin sualını düzgün başa düşmədiyindən anlaşılmazlıq yaranıb və belə cavab verdiyini bildirib:

“Elnur və Samir mənim çox sevdiyim müğənnilərdir. Müxbirin sualını tam anlamadım. Elçin Hüseynov, Anar Hüseynov, Elnur Hüseynov... Hüseynovlar başımı qatdı. Bu səbəbdən belə alındı. Kimdən söhbət getdiyini tam anlamadım. Elnur Hüseynov və Samir Cavadzadə ölkəmizi “Eurovision”da ölkəmizi təmsil edən yeganə və mənim aləmimdə ən uğurlu çıxışlardır. Onların sənətlərinə sonsuz hörmətim var. Onları sevirəm, onlar mənim canlarımdır”.


Müəllif:

Oxşar xəbərlər