4 İyun 2015 10:08
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova "De görüm neyləmişəm" adlı mahnısını təqdim edib.

Teleqraf.com-un məlumatına görə, sözləri Teymur Elçinə, musiqisi Fikrət Əmirova aid olan bəstə müğənninin yeni albomunda yer alacaq.

Mahnı Türkiyədə hazırlanıb. Musiqinin səsyazma prosesində balaban ifaçısı Alixan Samedov da iştirak edib.

Yeni diski ilə bağlı hazırda Türkiyədə olan B.Dadaşova "Bakı 2015" Avropa Oyunları ərəfəsində paytaxta qayıdacaq. Xalq artisti Bakının mərkəzi hissəsində məşəl daşıyıcılardan biri olacaq.

Rüstəm


Müəllif: