10 İyun 2015 17:22
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elnarə Xəlilova mükafata layiq görülüb.

Teleqraf.com-un xəbərinə görə, o, Azərbaycan Respublikası “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin (ARMDQİB) təsis etdiyi “Ağamusa zirvəsi” diplomu ilə təltif edilib. Mükafatı ona Azərbaycanın məşhur milyonçusu, xeyriyyəçi Ağamusa Nağıyevin qızı, ARMDQİB-nin sədri Dilarə Ağamusa təqdim edib.

Elnarə bu mükafata musiqi aləmində mədəniyyəti ilə seçildiyi, ailədə nümunəvi xanım, ana kimi xüsusi yeri olduğuna görə və A.Nağıyevin xeyriyyəçilik əməlləri, eləcə də ictimai fəaliyyətinə dəyər verdiyi üçün layiq görülüb.

Xatırladaq ki, ötən gün E.Xəlilova Azərbaycan Talassemiya Federasiyası tərəfindən “Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafında fəal iştirakına görə” də diplom və mükafatla təltif edilib. Müğənni həmçinin Azərbaycan Gənc Qan donorlarının ikinci forumunda da fəxri qonaq kimi iştirak edib.

Pərvin


Müəllif: