23 İyun 2015 17:45
2 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cinsiyyətini dəyişdikdən sonra yeni Caitlyn Jenner adı ilə sosial şəbəkədə açdığı hesabında Kim Kardaşyanın atası Bruce Jenner çox xoşbəxt olduğunu yazıb.

Teleqraf.com xəbər verir ki, Bruce Jenner hər kəsin ona xanım kimi müraciət etməsini xahiş edib: "Bu qədər uzun mübarizədən sonra həqiqi özümü yaşadığm üçün çox sevincliyəm. Mənə artıq Caitlyn deyə müraciət edin. Mən artıq qadın ruhuna sahibəm".

'Cinsiyet değiştirince yaşamaya başladım'

Qadın olduqdan sonra onlarla insandan dəstək və sevgi mesajı aldığını deyən Caitlyn çox kövrəldiyini deyib.

Mətbuatda gedən məlumatda isə 19 yaşlı qızı Kendall Jennerın atasına "İndi azadlığını yaşa, gözəl quş" deyə mesaj yazdığı məlum olub.

Xatırladaq ki, ən çox izlənilən "Keeping Up With The Kardashians" serialın produsseri olan Jennerin keçmiş həyat yoldaşı Kris olimpiadalarda qızıl medal qazanan 25 illik ərinin qadın olmağını qəbul edə bilmədiyini açıqlayıb.

Qeyd edək ki, Kim Kardaşyanın atası olan Caitlynin ötən gün "Vanity" dərgisinə qadın alt geyimləri ilə çəkdirdiyi fotossesiya böyük qalmaqala səbəb olmuşdu.

Günel Ağayeva


Müəllif: