Tanınmış Türkiyəli müğənni Hadisə Ramazan bayramı münasibətiylə Kıbrısda otellərin birində konsert verib.
Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, səhnəyə çıxmazdan əvvəl ifaçı jurnalistlərin suallarını cavablandırıb.
O, fotokameraların onu çimərlik geyimində görüntüləməməsi üçün xaricdə istirahət etdiyini bildirib:
"Yayda jurnalistlərin olmadığı yerləri, xarici seçirəm. Məni dincələrkən tapana hədiyyəm var".
Hadisə açıq-saçıq səhnə geyimi ilə də diqqət çəkib.