Bu günlərdə oğlunu evləndirib, evinə gəlin gətirən tanınmış bəstəkar Nailə Mirməmmədli gəlinindən danışıb.
Publika.az-a danışan bəstəkar gəlinindən razılıq edib: “Hələ ki, mən qayınanalıq etmirəm, o, mənə gəlinlik edir. Yeməyi bərabər bişiririk, ev işlərini də birgə görürük. Ayrı evləri var, amma hələ ki, bir yerdə yaşayırıq”.
Xanım bəstəkar elə istirahətə də gəlini ilə birgə yollanıb: “Ailəlikcə yığışıb Almaniyaya getdik. Gəlinimi də özümlə apardım. Göz dəyməsin, gəlinimdən çox razıyam”.
Onu da öyrəndik ki, gəlini qayınanasına gah "Nailə" deyir, gah "Nayka", gah da "ana".