Bu günlərdə müğənni Timati 32 yaşını qeyd edib.
Teleqraf. com amornews-a istinadən xəbər verir ki, müğənni ad gününü ən bahalı klub olan Monte Karlo Twigada qeyd edib. Repçi ənənəsinə sadiq qalaraq ad gününə ən yaxın dostlarını dəvət edib.
Dəvət edilmiş qonaqlar sırasında onun yaxın dostu, müğənni Emin Ağalarov da olub. Konsert ab-havası yaşanan ad günündə Emin Ağalarov Timati ilə birlikdə “Ləzginka” rəqsini oynayıb.