Röya Ayxanın Yaşıl Teatrda konserti baş tutub.
Teleqraf. com xəbər verir ki, müğənni səhnəyə rəqqaslarla ağ geyimdə çıxıb və “Sultanım” mahnısını səsləndirib. Röya bir neçə gün əvvəl mətbuat konfransında sənət dostlarına dəvətnamə göndərməyəcəyini bildirsə də, sözünə əməl etməyib: “Sənət dostlarıma dəvətnamə göndərməyəcəyimi zarafat edirdim, dəvətnamə göndərdim. Onu da deyim ki, bundan sonra ildə bir dəfə konsert verəcəm. Çünki, çox stress, həyəcan keçirirəm. Konsert, səhnə də çox pul tələb edir. Məşhurluğundan asılı olmayaraq, pulunu ödəməlisən. Növbəti konsertlərimdə biletin qiymətini bahalaşdıracam”.
Qeyd edək ki, solo konsertdə Abbas Bağırov, Sevda Yəhyayeva, Günay İbrahimli, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Mənsum İbrahimov kimi sənət adamları iştirak ediblər.
Rəqsanə Həsənova