Əməkdar artist Nahidə Orucova həyat yoldaşından ayrılmasından danışıb.
Əməkdar artistin Teleqraf.com-a açıqlamasına görə, ikinci dəfə ailə qurmağı düşünmür: “Bu haqda çox danışmaq istəmirəm, çünki artıq mənim üçün bağlanmış bir səhifədir. Şəxsi həyatım qızımın mənə olan sevgisidir. Yoldaşımdan ayrıldıqdan sonra da dostluq münasibətimiz davam edir. Hər hansı problemim olanda ilk ona zəng etmişəm”.
Qeyd edək ki, Nahidə Orucovanın bir qızı var.
Rəqsanə Həsənova