10 Sentyabr 2015 19:32
2 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS-in aparıcısı Elnarə Təhməzova mətbuatda əməliyyat etdirməsi və Türkiyədə ailə qurması barədə yayılan xəbərlərə münasibət bildirib.

Bu haqda Teleqraf.com-a açıqlama verən aparıcı əməliyyat etdirmədiyini qeyd edib: "Əməliyyat etdirdiyimi heç vaxt gizlətməmişəm. “Günəbaxan” verilişində burnumu əməliyyat etdirdiyimi bildirmişdim. 3-4 il əvvəl dodağıma gel vurdurdum və sonra çıxartdırdım. Əməliyyat gözəllik üçündür, həyatımın rəngidir. Həyati Akbaşın məni əməliyyat etməsinə gəlincə, doğru deyil. Layihəmlə əlaqədar tamaşaçılarımı əməliyyat edirlər. Təbii ki, xırda proseduralar, estetik cərrahlara kimyaterapiyalar etdirirəm. İnşallah, “İncə+” verilişi ilə efirə çıxanda görəcəksiniz ki, hər hansı dəyişiklik yoxdur. Saytların birində verilişin video-çarxını paylaşıblar və bildiriblər ki, görün necə dəyişib? Verilişin anonsu iyun ayında çəkilib. Əgər mən bir həftə əvvəl əməliyyat etdirmişəmsə, o anonsda necə dəyişə bilərəm? Çox üzr istəyirəm, bədənim, sinəm özümünküdür. Beləliklə, 2015-ci ildə heç bir əməliyyat etdirməmişəm. Saçımı da uzatdırmamışam. Yalan xəbərlərlə gündəmə gəlməyi xoşlamıram”.

Bir müddət öncə Türkiyədə ailə qurması haqqında yayılan xəbərlərə münasibət bildirən aparıcı qeyd etdi ki, özəl həyatı ilə gündəmə gəlməyi xoşlamır: “ Özəl həyatım haqqında açıqlama verməyi sevmirəm. İnanın ki, reklam xatirinə deyil. Çalışacam ki, şəxsi həyatım haqqında efirdə məlumat verməyim”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər