Şöhrəti itirəndə və var-dövlətimiz azalanda yaşamaq istəmirik”
Müğənni Rəqsanə İsmayılova uzun müddətdir sənətdən uzaq düşən müğənni Samir Bağırov ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, müğənni “Onlar”a açıqlamasında bildirib: “Samir mənə zəng edib, görüşmək istədiyini bildirdi. Və restoranda görüşdük. Sənəti üçün məndən kömək istədi. Samir sənətə məndən əvvəl gəlib və mən də bu sənətdə çətinliklər görmüşəm. Mənimlə də heç bir həmkarım maraqlanmayıb. Samirin gözəl sənəti var və ona nə etdiyimi və nə istədiyini deməyəcəm. Uşaq-muşaq səhnədə at oynadır, amma o sənətdə yoxdur. Samir hazırda bir jurnalistin evində yaşayır. Onu bu halda görmək istəməzdim və çox pis oldum. Biz sənət adamları şan-şöhrətə öyrəşmişik və şöhrəti itirəndə, var-dövlətimiz azalanda yaşamaq istəmirik. Sabah maşınım olmasa və harasa taksi ilə getsəm, pis olaram. O zaman ölsəm yaxşdır”.
Rəqsanə