19 Sentyabr 2015 14:44
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

"4.1 Şəhər motivləri" bədii filminin beynəlxalq premyerası noyabrın 3-dən 8-dək Almaniyada keçiriləcək.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasından bildiriblər ki, filmin premyerası 25-ci "Cottbus" beynəlxalq film festivalında baş tutacaq.

Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olan kinolayihəyə rejissor Anar Abbasovun "Qonşu qadın", Rüfət Həsənovun "Kədərim", Timur İsmailovun "Yuxarıda və aşağıda", Cəfər Axundzadənin "Dmitrov küçəsi 86" və Vüqar İslamzadənin "Zabit şərəfi" filmləri daxildir.

Kinoalmanaxın quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir./Axşam.az/


Müəllif:

Oxşar xəbərlər