Gənc aktrisa Günel Məmmədova seriala çəkilir.
Bunu Teleqraf.com-a açıqlamasında aktrisa özü deyib.
Onun sözlərinə görə, artıq üçüncü sezonuna başlayan "Bir ailəm var"dan dəvət alıb. Uzun müddət davam edən mənfi rollar sıralamasını yenə də qıra bilməyən Günel rolundan danışıb: "Mən də "Bir ailəm var" serialının bir üzvü oldum. Sentyabr ayının 28-dən başlayaraq "Bir ailəm var" serialının yeni bölümlərini və eləcə də yeni obrazlarını izləyə biləcəksiniz. Serialda Lamiyə adlı bir qızı canlandırıram. Təəssüf hissi ilə deyirəm ki, yenə də mənfi roldayam. Çox istəyirdim ki, rolu müsbət olsun, çünki artıq özüm də mənfi rol oynamaqdan yorulmuşam. Amma bir sevindirici xəbərim var, bu yaxınlarda təqdim olunacaq qısametrajlı filmdə tamaşaçılar məni müsbət rolda görəcəklər. Yeni mövsümdə bütün yaradıcı və texniki heyətə uğur arzulayıram".
Nərmin