“Moskva Dövlət Universitetində oxuduğumu bilərəkdən demişdim. Məqsədim də o idi ki, düşmənlərimi tanıya bilim. Mən səhv məlumat verməklə düşmənimi axtarırdım, artıq tapdım”.
Bu sözləri Teleqraf.com-a eksklüziv açıqlamasında xalq artisti İlhamə Quliyeva bildirib. O, Moskva Dövlət Universitetində təhsil almadığı barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib ki, özü məxsusi olaraq universitetin adını səhv bildirib: “Rusiyada təhsil ocaqları çoxdur. Mən Rusiyanın başqa şəhərində yerləşən təhsil ocağımda oxuyuram. Hazırda 3-cü kurs tələbəsiyəm, qiyabi şöbədə təhsil alıram. Oxuduğum universitetin adını açıqlamayacağam, qoy düşmənlərim nigaran qalsın. Buradakı sifarişçini də, Moskvada tapşırıq verilən adamı da tanıyıram. Zaman gələcək həmin adamlar qarşımda diz çökəcək. İnşallah, 2 ildən sonra diplomumu alanda böyük təqdimat mərasimi keçirəcəyəm”.
Rəqsanə Həsənova