Rumıniyanın "X Factor" yarışmasında ifaçılardan biri səhnədə yerə yıxılıb.
18 yaşlı Sabrina Fabian "Aqua"nın "Barbie Girl" mahnısını oxumaq istəyərkən sözləri unudub. Münsiflər mahnını onun yadına salmağa çalışsa da, gənc qız həyəcandan huşunu itirərək səhnədə yıxılıb.
Səhnə arxasına aparılan qıza ilk tibbi yardım göstərilib. Bir müddət sonra ikinci dəfə tamaşaçı qarşısına çıxan Sabrina iki "yox"la yarışmanı başa vurub./axsam.az/