5 Oktyabr 2015 11:02
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova illərdir dostluq etdiyi Faiq Ağayevdən incidiyini dilə gətirib.

Teleqraf.com xəbər verir ki, A. Kazımova bu haqda “Onlar”a bildirib. Xalq artistinin açıqlamasına görə incikliyinin səbəbi Faiq Ağayevin kimisə tərifləməsi olub: “Arada Faiqdən inciyirəm və o dəqiqə də “İnstagram”da bloka atıram. O çox dostcanlı insandır. Belə incə nüanslar olanda onun qəlbinə dəyir. Amma artıq “İnstagram”da qara siyahıdan çıxarmışam və münasibətimiz düzəlib. Kimisə təriflədiyinə görə dostluğumdan çıxarmışdım və incimişdim”.

Faiq Ağayev də bu incikliyə münasibət bildirib: “Mən kimi tərifləsəm də, Aygünün kim olduğunu, Azərbaycan incəsənəti üçün böyük rol oynadığını heç vaxt danmaram. Nə qədər şıltaqlıq etsə də bağışlayıram. Çünki o mənim əzəli dostumdur. Aygün Kazımova mənim üçün narkotikdir. Onu 1988-ci ildən tanıyıram. Aygünün ən böyük rəqabəti mənimlə olub. Birinci olmaq üçün rəqabət aparmışıq. O, xanım müğənnilər arasında birincidir və onun kimi inqilab edənlər yoxdur”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər