14 Oktyabr 2015 08:32
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı model Kara Delevin fəaliyyətinin ilk illərində qarşılaşdığı çətinliklərdən danışıb.

Teleqraf.com xəbər verir ki, o, bir zamanlar işlərin çoxluğundan depressiyaya düşdüyünü etiraf edib. Delevini bu vəziyyətdən həmkarı Keyt Moss çıxarıb.

8-9 oktyabr tarixlərində Londonda keçirilən dünya qadınları sammitində çıxış edən Kara Delevin model fəaliyyəti ilə bağlı bir sıra sirləri açıb: "Heç bir çəkilişə "yox" deyə bilmirdim. Bir müddət sonra məndə psoriaz kəskinləşməsi üzə çıxdı. Artıq öz bədənimlə əlaqəni hiss etmirdim, çalışdığım agentlik isə məni kortizonla müalicə edən həkimə göndərdi. Əslində bütün bu zaman ərzində kiminsə məni dayandırmağını istəyirdim. Sanki başqa kiminsə həyatını yaşayırdım. Məni Keyt xilas etdi" - deyə, Delevin bildirib.

Supermodel Keyt Mossun tövsiyyəsi ilə Kara yoqa dərslərinə yazılıb.

Qeyd edək ki, Keyt Moss və Kara Delevin Britaniya model biznesinin ən parlaq simaları hesab olunurlar. Onlar Burberry, Mango və digər tanınmış markaların reklam kampaniyalarında birlikdə çəkiliblər.

Rüstəm


Müəllif: