Bir neçə gün əvvəl xalq artisti Nazpəri Dostəliyevanın yuxu dərmanından zəhərlənməsi haqda xəbər yayılmışdı.
Xalq artistinin Teleqraf.com-a açıqlamasına görə zəhərləməsinə səbəb yuxu dərmanı yox, göbələk olub: “Göbələkdən zəhərlənmişdim. Allaha çox şükür səhhətimdə heç bir şey yoxdur, indi hər şey yaxşıdır”.
Xalq artisti oktyabrın 10-da zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilmiş, bir gün xəstəxanada qaldıqdan sonra evə buraxılmışdı.
Rəqsanə Həsənova