Aktyor Berk Oktay sevgilisi Mərvə Sarapçıoğlu ilə birlikdə məkanların birindən çıxarkən obyektivlərə tuş gəlib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ankarada baş verən terror hadisəsinə görə çox kədərləndiyini deyən aktyor ölkəsinə başsağılığı verib.
Media nümayəndələrinin “Nə vaxt evlənirsiniz” sualına isə Berkin cavabı belə olub:
“Mərvənin institutu qurtarmasını gözləyirik. Bir ili qalıb. Sonra vəkil olacaq”.
“Vəkillə evlənməkdən qorxmursunuz?” sözlərinə isə aktyor “Heç deməyin. Boyu qədər dili var”, - deyə münasibət bildirib.