Türkiyəli məşhur müğənni Hadisə yeni fotosessiyaya çəkilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı bu dəfə "Grazia" dərgisinin kamerası qarşısına keçib. O, jurnala şəxsi həyatı ilə bağlı açıqlamalar da verib. "Səncə eşq nədir" sualını cavablandıran Hadisə hazırda həyatında heç kimin olmadığını deyib:
"Bu sualı bəzən özümə verirəm. Məncə eşq həyəcan deməkdir. Şəxsi həyatımı gizli yaşamağa çalışıram. Onu deyə bilərəm ki, hazırda qəlbim boşdur".
Hadisə evlilik və uşaq xəyalları qurduğunu da etiraf edib:
"Gələcəkdə təbii ki, mən də ailə qurmaq, uşaq sahibi olmaq istərəm. Yeni ailə quran tanışlarımın hamısı eyni sözü deyir: Doğru adam qarşına çıxanda hiss edəcəksən. Qarşımdakından sevgi, hörmət və birlikdə gözəl həyat gözləyirəm. Bəzən televizorda qarşıma evlilik proqramları çıxır və çox gülürəm. İnsanların eşq və evliliklə bağlı standartları olmamalıdır".
Teleqraf.com Hadisənin fotolarını təqdim edir:
Rüstəm