19 Oktyabr 2015 12:57
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkər xəstəliyi və xərçəngdən əziyyət çəkən əməkdar artist Gülnar Salmanovanın köməyə ehtiyacı var.

Bu barədə Teleqraf.com-a danışan əməkdar artist göz yaşlarını saxlaya bilmədi: “Vəziyyətim çox pisdir və həkimdən də xəbər yoxdur. Özümə yemək də hazırlaya bilmirəm. Ümumiyyətlə, ayaq üstə dayana bilmirəm. Ciyərlərim yanır və çay belə içə bilmirəm. Ayaq üstə duran kimi yıxılıram. Bir neçə dəfə durmağa çalışmışam və yıxılmışam. Halım yoxdur. Köməyim yoxdur”.

G. Salmanova bir müddət əvvəl həkimi Rüstəm Verdiyevin pulunu verə bilmədiyi üçün müalicə ala bilmədiyini demişdi.

Rəqsanə


Müəllif: