23 Oktyabr 2015 12:35
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Keçmiş günlərdə Rəşid Behbudov, Yalçın Rzazadə, Mirzə Babayev də gey idi. Müğənni Nadir Qafarzadə və Tarix Əliyev boş-boşuna çox danışırlar. Nadiq Qafarzadəni başa sala bilmirəm ki, ayə ... sən və Tolik birgə dilinizi qarnınıza qoyun, danışmayın. Kim danışsa da, siz kişilikdən danışmayın”.

Bu fikirləri Baku.ws saytına açıqlamasında Əli Mirəliyev deyib. Geniş rezonans doğuran bu fikirlərə münasibət öyrənmək üçün prodüser Tarix Əliyevlə əlaqə saxladıq. Tarix Əliyev qeyd etdi ki, Əli Mirəliyevin adından yayılan xəbər doğru deyil: “Əli Mirəliyevə yanımda zəng etdilər. O dedi ki, nəinki Tolik haqqında ümumiyyətlə, digər sənətkarlar haqqında da o cür fikirlər səsləndirməyib. Hətta mənim haqqımda nə isə desəydi belə məndən yaşca böyük olduğu üçün cavab qaytarmazdım”.

Məsələni dəqiqləşdirmək üçün müğənni Əli Mirəliyevin özü ilə əlaqə saxladıq. O, adından yayılan fikirlərin yalan olduğunu qeyd etdi: “Xəbəri yalandan yazıblar. Efirlərdən deyirəm ki, filankəs oxuyan deyil. Məni gözdən necə salmalıdırlar? Telefonuma zəng edib həddə-qorxu gəlirlər. Söyürlər, tənqid edirlər. Mən bu günə qədər kimin şəxsi işinə qarışmışam. Mən Rəşid Behbudova kimi sənətkara gey deyə bilərəm? Utanmırlar? Başlarına söz qəhətdir?”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər