Türkiyə mətbuatı müğənni Röya Ayxanın “Kesin bilgi” adlı mahnısına çəkdirdiyi yeni klipindən yazıb.
Axşam.az-ın məlumatına görə, xəbərdə sənətçinin ekran işində dəyəri 600 min lirə (təxminən 217 min manat) olan “Maserati Granturismo” maşınını əzdiyi yazılıb.
Qeyd edək ki, R.Ayxan sözləri və musiqisi türkiyəli ifaçı Gülşənə aid olan mahnısına 100 min dollar verib. Aranjiman üçün isə Ozan Çolakoğluna 25 min dollar ödəyib. Klipi ərsəyə gətirən rejissor isə 35 min dollar qonorar alıb.