Pop ulduz Madonna 15 yaşlı oğlu Rokko ilə velosiped gəzintisi zamanı görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda “Rebel Heart” albomunun promo-turuna çıxan müğənni övladına da vaxt ayıra bilib. Madonna ilə Rokko Los-Anceles küçələrində əyləncəli vaxt keçirib. Ana-oğul restoranda şam etdikdən sonra velosiped sürüblər.
Makiyajsız olan ulduzun sağlam görünüşü diqqətdən yayınmayıb.