Azəri qızı Günelin ailəsinə ağır itki üz verib.
Teleqraf.com xəbər verir ki, Türkiyədə yaşayan müğənninin nənəsi dünyasını dəyişib.
Günel Zeynalova sosial şəbəkədə nənəsi ilə çəkdirdiyi fotonu paylaşaraq kədərini belə ifadə edib:
“Sirdaşım, hər şeyi mənə anladan nənəm. Həmişə mənə Ağdamdan danışardın. Bunları yadında saxla, deyərdin. Nəvələrim arasında, səninlə fəxr edirəm, - deyən, gecə saat 4-də ürəyim istədiyi üçün mənə badımcan qızardan nənəm, səni çox sevirəm, nur içində yat. Sənin üçün çox darıxacam”.
Rəqsanə