Əməkdar artist Abbas Bağırov “Hər şey daxil” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, müğənni geyim tərzindən bəhs edib:
“Bütün kostyumlarım yarı klassik, yarı idman stilindədir. Görünüşcə klassikə bənzəyə bilər. Bəzi amilləri dəyişirəm və onu fərqli edirəm. Getdiyim verilişlərə fərq qoymuram. Tamaşaçı qarşısına çıxıramsa, geyimimdə ciddiliklər olmalıdır. Tam sərbəst, idman üslubunda geyinmək düzgün deyil. Elə veriliş ola bilər ki, idmanla bağlıdır. Amma ora da şortiklə çıxmaq olmaz. İnsanda zövq formalaşmalıdır. Geyimlə dəb yaratmağı bacarmalısan. Kiminsə geyindiyinin eynisini mən istifadə edə bilmərəm. Gərək mənə yaraşsın”.