Star TV-də yayımlanan "Çilek kokusu" serialının final bölümünün yayımlanacağı gün bəlli olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, baş rollarını Demet Özdemir, Yusuf Çim, Ekin Mert Daymaz, Mine Tuğay və başqalarının canlandırdığı serial 23-cü bölümüylə ekrana vəda edəcək.
Serialın final bölümü noyabrın 28-də yayımlanacaq. "Çilek kokusu"nun belə erkən bitməsinə səbəb reytinqdən düşməsi olub.