27 Noyabr 2015 20:22
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Modelyer Gülnarə Xəlilova İstanbulda Yıldırım Mayrukun dəfiləsində qonaq kimi iştirak edib.

Teleqraf.com xəbər verir ki, modelyer dəfilə haqqında təəssüratlarını bölüşüb: “Y. Mayruk martda Bakıda olarkən “Baku Fashion Night 2015" çərçivəsində özünün “Pret-A-Porter” kolleksiyasını təqdim etdi. O, mənim “İlham” və “İlmələrin sehri” kolleksiyamı da yüksək qiymətləndirdi. Türkiyə modasının yaradıcısından belə sözləri eşitmək çox xoş idi. Bizim çox isti və ailəvi mehriban münasibətlərimiz yaranıb. Bir neçə ay əvvəl məni özünün kolleksiyasının dəfiləsinə dəvət etdi. Məmuniyyətlə bu təklifi qəbul etdim. İstanbuldakı gecə çox möhtəşəm idi, tamaşaçılar əfsanəvi dizayneri, onun füsunkar kolleksiyalarını uzun müddət alqışladılar”.

Tədbirdə Azərbaycandan modelyer Fəxriyyə Xələfova da iştirak edib.

Rəqsanə


Müəllif: