Bu gün Fəxri Xiyabanda xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb.
Teleqraf.com xəbər verir ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək yaxın günlərdə Rəşid Behbudovun abidəsinin ucaldılacağını deyib: “Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi üçün böyük tədbirlər hazırlanır. Xalq artistinin adını daşıyan küçədə və R.Behbudov adına Mahnı Teatrının qarşısında abidəsi ucaldılacaq. Abidəni xalq rəssamı Fuad Salayev hazırlayacaq. Onu da deyim ki, böyük sənətkarımızın yubiley tədbiri Azərbaycandan başqa Moskva və Gürcüstanda da qeyd ediləcək”.
Tədbirdə R.Behbudovun ailə üzvləri, bəstəkar Ruhəngiz Qasımova, xalq artisti Mübariz Tağıyev, müğənni İlhamə Qasımova və bir sıra qonaqlar iştirak ediblər.
Rəqsanə