21 Dekabr 2015 11:51
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İncəsənət Universitetinə daxil olanda mənə dəstək oldular. Üç dəfə imtahan verdim, ikisində kəsildim, üçüncü imtahandan isə tapşırıqla keçdim”.

Bu sözləri Teleqraf.com-a xalq artisti Arif Quliyev deyib: “İkinci imtahandan kəsilib ağlayırdım. Gedəcək yerim yox idi. Parkda oturanda Mir Cəlal Paşayev, Tofiq Bayram və Nəbi Xəzri mənə yaxınlaşdılar. Soruşdular ki, haralısan? Mən isə "Heç kəsim yoxdur" deyə cavab verdim. Mənə dəstək oldular, İncəsənət Universitetinin rektoru Arif Hüseynova tapşırdılar. Onların mənə rast gəlməsi Allahın möcüzəsi idi. Kim olduqlarını bilmirdim. Səhər İncəsənət Universitetinə getdim, rektor qəbul etdi. Arif müəllim onları məndən soruşan zaman məni tapşırdıqlarını başa düşdüm”.

Rəqsanə


Müəllif: