Müğənni Roza Zərgərli gələn il tamaşaçıların qarşısına fərqli formada çıxacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, müğənni bu barədə Feysbuk səhifəsində məlumat yayıb: “Rozanı fevral ayından fərqli ampulada görəcəksiniz. Həmin işimdən bir-iki cümlə sitat gətirmək istəyirəm: “Məni səhnədən, radiodan, efirlərdən, hətta sosial şəbəkədən belə silə bilərsiniz... Amma xalqım üçün ən böyük zirvəyə qalxıb oxumaq iqtidarımı əlimdən ala bilməzsiniz”.
Bu yaxınlarda bir söz eşitdim, bunu mənə ağılsız adam desə belə xoşuma gəldi. Çünki o sözdə bu gün mənə lazım olan bir məna var idi: “Roza xanım, insanlar sizə necə münasibət göstərirsə, siz də onlara qarşı elə olun”. Artıq bu cümlələri həyatımda çox istifadə edirəm. Sözlər ünvanlıdır”.
Rəqsanə