7 İyun 2014 10:26
1 319

Ötən həftə paytaxtımızın qonağı olan məşhur top model İrina Şeykin Türkiyədə podiumda nümayiş etdirdiyi geyim hamının diqqətini çəkib.

"Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldonun sevgilisi məşhur top model İrina Şeyk Antalya şəhərində keçirilən "18-ci Dosso Dossi Fashion Show"-da boyunbağı nümayişində iştirak edib.

Modelin podiumda gəzərkən geyindiyi yarışəffaf geyimlə izləyiciləri ovsunlaması çox çəkməyib. Belə ki, geyimin dar olması modelin hərəkəti zamanı arxa hissəsindən cırılmasına səbəb olub. Bu isə məsələdən xəbər tutanlarda gülüş doğurub.

Qeyd edək ki, tanınmış markalardan birinə məxsus bu moda nümayişi iyunun 11-nə kimi davam edəcək./anspress/


Müəllif: