11 Yanvar 2016 13:12
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir dəfə zəng eləyib əhvalını soruşdum, dedi, əgər buna yaşamaq demək olarsa guya yaxşıyam və yaşayıram. Allahın fərmanı nədirsə əlimi ürəyimin üstünə qoyub hər şeyə hazıram. Yəqin ki, ağrıyırdı, əziyyət çəkirdi. Bunu bütün insanlar bilirdi. Zəlimxan bizim qəlbimizdə əbədi yaşayacaq”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hazırda Telli Borçalı deyib. Onun sözlərinə görə, bu xəbərə dünyada yaşayan azərbaycanlılar, eləcə də, Zəlimxan Yaqubu sevən digər millətlər də üzülüb: “Zəlimxan zarafatcıl insan idi, böyüklə böyük, kiçiklə kiçik idi. Heç kim deyə bilməz ki, Zəlimxan ona yuxarıdan aşağı baxıb. Görürsünüz, nə qədər insan bu gün onun üçün Fəxri Xiyabana axın edir. Hər kəs çox pis olub. Mənə İrandan, Qazaxıstanda zəng edib başsağlığı verirlər. O, belə sevilirdi. Ölümündən əvvəl tədbirlərdə görüşmüşük. Həmişə çağırılan yerə gedərdi. Tədbirlərə gəlirdisə, ağrısa da, əhvalı pis olsa da hörmətsizlik edib getməzdi. O danışanda sarayları titrədərdi.

Azərbaycan xalqının başı sağ olsun. İllər keçsə də o Zəlimxan Yaqub kimi anılacaq. Onun bu xalq üçün etdikləri unudulmayacaq. Sonrakı nəsillər də biləcəklər ki, bizim Zəlimxan kimi şairimiz olub. Həsrətli, qəmli, sevgili Zəlimxan ömürlük insanların ürəyində yer tutacaq”.

Rəqsanə


Müəllif: